Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan cüdoçuları XXX Ümumdünya Yay Universiadasını bürünc medalla başa vurublar

news photo

08.07.2019 12:03 // İdman

Azərbaycan cüdoçuları İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasını bürünc medalla başa vurublar.

Youthportal.az xəbər verir ki, kişi cüdoçularımız Türkmənistan, Almaniya və Fransa yığmalarını məğlub edərək yarımfinala vəsiqə qazanıblar. Yarımfinalda Rusiya komandasına uduzan Azərbaycan millisi bürünc medal uğrunda görüşdə Braziliya cüdoçularına 3:2 hesabı ilə qalib gəlib. Millimizlə yanaşı, Yaponiya komandası da üçüncü yeri tutub. Rusiya birinci, Cənubi Koreya isə ikinci olub.

Qeyd edək ki, cüdoçumuz Hidayət Heydərov universiadanın fərdi yarışlarında gümüş medal qazanıb.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi