Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan cüdoçuları Tbilisi Qran Prisində mübarizəyə başlayır

news photo

30.03.2018 12:02 // İdman

Bu gün Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə Qran Priyə start veriləcək.

Youthportal xəbər verir ki, üç gün davam edəcək yarışda turnirdə 8 kişi cüdoçu təmsil edəcək. İlk yarış günündə onlardan 3-ü tatamiyə çıxacaq. Onların hamısı mübarizəyə 1/16 final mərhələsindən başlayacaq.

60 kq çəki dərəcəsində Sadiq Məhərrəmov ilk görüşünü rusiyalı Albert Monquşa, Oruc Vəlizadə braziliyalı İtalo Karvalyoya qarşı keçirəcək.

66 kq çəkidəki Elçin Hüseynov isə hollandiyalı Mattheys van Hartenlə üz-üzə gələcək.

Qeyd edək ki, martın 31-də Paşa Əliyev, Telman Vəliyev (hər ikisi 73 kq) və Coşqun Abdullayev (81 kq), aprelin 1-də isə Sənan Əhmədov (100 kq) və Cəlil Şükürov (+100 kq) mübarizə aparacaq. Qran Pridə 38 ölkədən 183-ü kişi, 119-u qadın olmaqla, cəmi 302 cüdoçu mübarizə aparacaq.

Digər xəbərlər

Xəbər lenti

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Metroda pianoçunun solo konserti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi