Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan cüdoçuları Daşkənd Qran-Prisində güclərini sınayacaqlar

news photo

20.09.2019 10:29 // İdman

Sentyabrın 20-dən 22-dək Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə Qran-Pri yarışları təşkil olunacaq.

Youthportal.az xəbər verir ki, turnirdə Azərbaycan millisi də medallar uğrunda mübarizə aparacaq.

Turnirdə kişilərin yarışında ölkəmizi Oruc Vəlizadə, Kəramət Hüseynov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, İbrahim Əliyev (hər ikisi 66 kq), Fəqan Quluzadə, Rüfət İsmayılov (hər ikisi 81 kq), Tural Səfquliyev, Aliumar Tumaev (hər ikisi 90 kq), Zelim Kotsoev (100 kq), Uşangi Kokauri və Şahin Qəhrəmanov (hər ikisi 100 kq-dan yuxarı) təmsil edəcəklər.

Qadınların mübarizəsində isə Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aleksandra-Larisa Florian (hər ikisi 52 kq) birincilik uğrunda yarışacaqlar.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi