Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan cüdoçuları Avropa Kubokunda 7 medal qazanıblar

news photo

16.04.2018 14:09 // İdman

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş Avropa Kubokunda Azərbaycanın gənc cüdoçulardan ibarət milli komandası 1 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıb.

Youthportal xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan Rövşən Əliyev bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Balabəy Ağayev (55 kq), Yaşar Nəcəfov (60 kq) və Ramilə Əliyeva (48 kq) gümüş medal əldə edib. Əhməd Yusifov (60 kq), Murad Fətiyev (81 kq) və Gültac Məmmədəliyeva (52 kq) isə bürünc medala sahib olub.

Bu nəticə ilə Azərbaycan millisi 3-cü yeri tutub.

Qeyd edək ki, Avropa Kubokunda 17 ölkədən 259 cüdoçu mübarizə aparıb.

Digər xəbərlər

Xəbər lenti

Ətrafa dağılan obyektləri yığan robot

Atəşkəs 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi