Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Çində keçiriləcək Yüksək Texnologiyalar sərgisində təmsil olunacaq

news photo

23.08.2019 12:40 // Cəmiyyət

Cari il sentyabrın 5-dən 8-dək Çin Xalq Respublikasının Mienyan şəhərinin Siçuan əyalətində VII “Elm və Texnologiyalar şəhəri” adlı Beynəlxalq Yüksək Texnologiyalar sərgisi keçiriləcək. Bu il sərgidə Azərbaycanın İnnovasiyalar Agentliyi də iştirak edəcək.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, sərginin əsas mövzusu elmi və texnoloji yeniliklərin nümayişi və yeni əməkdaşlıqların qurulmasıdır. Sərgidə müxtəlif sahələrin ən son texnoloji nailiyyətləri təqdim ediləcək, elektron məlumatlar, avadanlıq istehsalı, enerjiyə qənaət və ətraf mühitin qorunması, süni intellekt və başqa bir sıra mövzular üzərində fikir mübadiləsi aparılacaq.

Sərgi 2013-cü ildən etibarən hər il ÇXR-nın Elm və Texnologiya Nazirliyi və Siçuan əyaləti hökuməti tərəfindən keçirilir. Bu il sərgiyə 40-a yaxın ölkə qatılacaq.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 22 dəfə pozulub

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi