Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan çempionatında ən güclü şpaqaçılar müəyyənləşib

news photo

03.06.2019 09:45 // İdman

İyunun 2-də Azərbaycan Texniki Universitetinin İdman Sarayında qılıncoynatma üzrə Azərbaycan çempionatına start verilib.

Youthportal.az xəbər verir ki, Azərbaycan Qılıncoynatma Federasiyası (AQF), Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışın ilk günündə kişi və qadın şpaqaçılar arasında qaliblər müəyyənləşib.

Kişilər arasında Kənan Əliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Xalid Əliyev ikinci olub. Barat Quliyev və Fərrux Səfərov isə bürünc medalla kifayətləniblər.

Qadınlar arasında Elmira Xudaverdiyeva Azərbaycan çempionu olub. Azərin İdriszadə fəxri kürünün ikinci pilləsində qərarlaşıb. Alfiyə Abdinova və Məryəm Sadıxova isə bürünc medal qazanıblar.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

İnstitut işçi axtarır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi