Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Böyük Dəbilqədə 15 cüdoçu ilə təmsil olunacaq

news photo

22.10.2019 14:14 // İdman

Oktyabrın 24-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə start götürəcək cüdo üzrə Böyük Dəbilqə turniri üçün Azərbaycan millisinin heyəti müəyyənləşib.

Azərbaycan Cüdo Federasiyasından Youthportal.az-a verilən məluma görə, yığma 3 günü əhatə edəcək yarışda 15 idmançı ilə təmsil olunacaq.

Kəramət Hüseynov, Davud Məmmədsoy (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Fəqan Quluzadə (81 kq), Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri, Şahin Qəhrəmanov (hər ikisi +100 kq) kişilərin, Əliyeva Leyla, Aişə Qurbanlı (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Aleksandra-Larisa Florian (57 kq) və İrina Kindzerska (+78 kq) qadınların mübarizəsinə qatılacaq.

Qeyd edək ki, Böyük Dəbilqədə 104 ölkədən 351 kişi və 252 qadın olmaqla, 603 cüdoçunun iştirakı gözlənilir.

Digər xəbərlər

Xəbər lenti

Sabah yağış yağacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi