Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan badmintonçusu “Egypt International 2019” turnirində qızıl medal qazanıb

news photo

21.10.2019 10:59 // İdman

Oktyabrın 20-də Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Misirin paytaxtı Qahirədə keçirilən “Egypt International 2019” beynəlxalq turnirində qızıl medal qazanıb.

Youthportal.az AZƏRTAC-a istinadla xəbər verir ki, mübarizəyə onaltıdabir final mərhələsindən başlayan E.Dviçayo ilk görüşünü portuqaliyalı Duarte Nuno Anjoya qarşı keçirib. Badmintonçumuz rəqibini məğlub edərək səkkizdəbir finala adlayıb. Bu mərhələdə idmançımız hindistanlı Dvur Ravatı 2:0 hesabı ilə üstələyərək növbəti mərhələyə yüksəlib. Dörddəbir final mərhələsində belçikalı Maksim Morelsi mübarizədən kənarlaşdıran Dviçayo yarımfinalda Şri-Lanka təmsilçisi Niluka Karunaratne ilə üz-üzə gəlib. Dviçayo finalda çexiyalı Milan Ludiki 2:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.

Digər badmintonçumuz Ezmi Qovımuramadhoni isə ilk görüşündə irlandiyalı Conatan Dolana 0:2 hesabı ilə uduzub.

Turnirdə 60 kişi və 49 qadın badmintonçu iştirak edir. Yarışın mükafat fondu 10 min dollardır.

Qeyd edək ki, badmintonçumuz E.Dviçayo Azərbaycan idman tarixində ilk dəfə Olimpiya Oyunlarına lisenziya qazana bilər.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi