Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan badmintonçusu beynəlxalq turnirdə gümüş medal qazanıb

news photo

22.07.2019 20:57 // İdman

Badmintonçumuz Edi Reski Dviçayo Qananın paytaxtı Akkra şəhərində keçirilən "2019 JE Wilson International Series" turnirində gümüş medal qazanıb.

Youthportal.az xəbər verir ki, mübarizəyə əsas mərhələdən qoşulan təmsilçimiz onaltıdabir finalda hindistanlı Abişek Yeligarı 2:0 hesabı ilə məğlub edib. İdmançımız növbəti mərhələdə Nigeriya badmintonçusu Anuoluvapo Juvon Opeyori üzərində 2:0 hesablı qələbə qazanıb. E.Dviçayo dörddəbir finalda Hindistanın digər təmsilçisi Siddhart Pratap Singhlə görüşdən 2:1 hesablı qələbə ilə ayrılıb. O, finala yüksəlmək uğrunda görüşdə polşalı Mixal Roqalskini yolundan kənarlaşdırıb. Badmintonçumuz rəqibinə 2:0 hesabı ilə qalib gəlib. Dviçayo həlledici görüşdə hindistanlı Kiran Corca 0:2 hesabı ilə uduzub.

Yarışın gümüş medalını qazanan E.Dviçayo aktivinə 2130 reytinq xalı yazdırıb.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi