Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Aykido Mərkəzində beynəlxalq seminar təşkil olunacaq

news photo

16.10.2019 14:28 // İdman

Oktyabrın 26-27-də Azərbaycan Aykido Mərkəzində Avrasiya Aikido Təşkilatını yaradıcısı və texniki direktoru Nəbi Vuralın rəhbərliyi altında beynəlxalq seminar keçiriləcək.

Azərbaycan Aykido Federasiyasından Youthportal.az-a verilən məlumata görə, seminara Gəncə, Oğuz, Şəki, Göyçay, Lənkaran və Astaradan idmançı və məşqçilər qatılacaqlar.

N.Vural 40 ildən artıq aikido ilə məşğul olur. O, Fransada ustad N.Tamuranın rəhbərliyi altında idmanın bu növünü öyrənməyə başlayıb. Ustad N.Tamura aikidonun banisi O-Sensey Morihey Ueşibanın tələbəsi olub. N.Vuralı ölkəmizə Azərbaycan Aykido Federasiyasının prezidenti 6-dan Sensey Fərhad Ələsgərov dəvət edib.

Ümumilikdə 200 nəfərin qatılacağı seminarda Rusiya, Fransa, Türkiyə və İrandan olan nümayəndələr də iştirak edəcəklər.

Digər xəbərlər

Xəbər lenti

Sabah yağış yağacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi