Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan atleti Serbiyada keçirilən Balkan çempionatında gümüş medal qazanıb

news photo

15.07.2019 14:21 // İdman

Serbiyanın Kralyevo şəhərində keçirilən atletika üzrə yeniyetmələr arasında Balkan çempionatına yekun vurulub.

Azərbaycan Atletika Federasiyasından Youthportal.az-a bildiriblər ki, idmançılarımızdan Sabrina Zralova üç təkanla tullanma yarışında 12,59 metr nəticə ilə gümüş medal qazanıb.

Digər idmançılarımız Çingiz İsrafilov, Lamiyə Vəliyeva, Fəxriyyə Tağızadə və Teymur Salahzadənin çıxışları uğursuz olub.

Atletlərimiz məşqçi Nazim İsrafilovun rəhbərliyi ilə qüvvələrini sınayıblar.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 34 dərəcə isti olacaq

Kolleclərə ixtisas seçimi davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi