Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan alimlərinin məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub

news photo

10.07.2019 18:05 // Təhsil

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov və rəsədxananın kosmik plazma və heliogeofiziki problemlər şöbəsinin elmi işçisi Sədi Hüseynovun həmmüəllifi olduğu elmi məqalə nüfuzlu elmi jurnalda dərc edilib.

Rəsədxanadan Youthportal.az-a bildiriblər ki, məqalə Rusiyanın “Plasma Pysics Reports” elmi jurnalının (Impact Factor 0.941) 2019-cu il üçün buraxılışında dərc olunub.

https://link.springer.com/article/10.1134/S1063780X19060047 

“İkikomponentli anizotrop plazmada MHD dalğaları və dayanıqsızlıqları” sərlövhəli məqalədə 16-momentli MHD köçürmə tənlikləri əsasında anizotrop kosmik plazmada dalğaların yayılması və dayanıqsızlıqların yaranması probleminə baxılıb.

Məsələnin həlli ikikomponentli plazma (elektron və ion) halı və maqnit sahəsi boyunca istilik selinin mövcudluğu üçün tapılıb. MHD yaxınlaşmasında tapılmış həllər kinetik yaxınlaşma ilə müqayisə edilib.

Digər xəbərlər

Xəbər lenti

Daxili İşlər Nazirliyi işçi axtarır

Atəşkəs 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi