Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan alimlərinin beynəlxalq forumda məruzələri dinləniləcək

news photo

18.09.2019 14:47 // Təhsil

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun bir qrup əməkdaşı Türkiyənin Ankara Universitetində keçiriləcək beynəlxalq “Qafqaz dağları forumu-2019”da iştirak edəcəklər.

İnstitutdan Youthportal.az-a bildirilib ki, oktyabrın 30-dan noyabrın 1-dək keçiriləcək forumda alimlərimiz məruzə ilə çıxış edəcəklər. Forum çərçivəsində "Qafqaz tədqiqatları gündəliyi", dağların dayanıqlı inkişafı sahəsi ilə bağlı tədqiqatlar, dağlıq regionların inkişafı və s. məsələlər müzakirə olunacaq.

Forumda Qafqaz regionu ölkələrinin elmi və ya akademik təşkilatlarının nümayəndələri, dövlət qurumlarının mütəxəssisləri, beynəlxalq ekspertlər iştirak edəcəklər.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi