Ru
Bakı
USD
EUR
GBP
RUB

“Azadlığa gedən yol” adlı şeir və rəsm müsabiqəsi keçirildi

news photo

17.01.2018 19:42 // Cəmiyyət

17 yanvar 2018 –ci il tarixində Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən Salyan rayon 2 saylı tam orta məktəbdə 20 Yanvar Hüzn gününə həsr edilmiş rayon ümumtəhsil məktəbləri arasında “Azadlığa gedən yol” adlı şeir və rəsm müsabiqəsi keçirilmişdir.

<div>Youthportal. az xəbər verir ki, ilk olaraq 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov Xalqımızın qan yaddaşı olan 20 Yanvar faciəsi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verərək bildirdi ki, 20 Yanvar qırğını nə qədər faciəli olsa da, xalqın iradəsini, milli azadlıq uğrunda mübarizəsini qıra bilmədi. Azərbaycanın tarixinə parlaq səhifə yazdı, milli azadlığımız, müstəqilliyimiz üçün yol açdı. Şəhidlərimizin xatirəsi daim ehtiramla anılır. Çünki şəhidlik adını almaq ölməzlik zirvəsinə ucalmaqdır. Məhz bu gün Azərbaycan xalqı azadlıq uğrunda canlarını qurban edən şəhidlərimizin və cəsur Vətən övladlarının qəhrəmanlıq mübarizəsini çox böyük hörmət və ehtiramla əziz tutur, onların igidliyini yüksək qiymətləndirir. Hələ Ulu Öndər Heydər Əliyevin sağlığında bu tarix ölkəmizdə Ümumxalq Hüzn Günü elan edilmişdir. Məhz onun təşəbbüsü ilə Şəhidlər Xiyabanında &quot;Əbədi məşəl&quot; möhtəşəm abidə kompleksi ucaldılmışdır. Sərgiyə baxış keçirən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov nümayiş etdirilən rəsmlərlə yaxından tanış oldu. Daha sonra münsiflər heyətinin qiymətləndirmələrinə əsasən qaliblər müəyyən edildi.

<br />

Qaliblər və fərqlənmiş iştirakçılar Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və hədiyyələr ilə təltif edildilər.</div>

Digər xəbərlər

Xəbər lenti

Ətrafa dağılan obyektləri yığan robot

Atəşkəs 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi