Ru
Bakı
USD
EUR
GBP
RUB

Azad Rəhimov qəbulların online keçirilməsinin mümkünlüyünü bildirdi

news photo

22.04.2020 17:04 // Cəmiyyət

Gənclər və İdman naziri Azad Rəhimov bu gün rayon gənclər və idman idarələrinin rəhbərləri ilə keçirilən online müşavirədə vətəndaşlarla mütəmadi olaraq keçirilən qəbulların koronavirus (Covid 19) infeksiyası ilə bağlı yığışdırıldığını və bunun əvəzinə  onların idarələrin yardımı vasitəsi ilə online mümkünlüyünü vurğuladı.  

Nazirliyin Mətbuat katibi Səmayə Məmmədovanın Youthportal.az-a verdiyi məlumata görə, iclasda Naxçıvan Muxtar Respublikası, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi də daxil olmaqla, ümumilidə 70-dən çox rayon və şəhər gənclər və idman idarələrinin rəisləri iştirak edirdilər.

Nazir Azad Rəhimov ilk olaraq ölkə başçısı cənab İlham Əliyev tərəfindən koronavirus infeksiyasına qarşı qabaqlayıcı və düşünülmüş mübarizə tədbirlərinin atılmasından danışaraq, dövlətin vəziyyəti ilkin mərhələdən nəzarət altında saxladığını bildirdi.

Görülən işlərlə bağlı danışan nazir region gəncləri tərəfindən ölkə başçısı cənab İlham Əliyevin apardığı siyasətin fəal şəkildə təbliğ edilməsinin  önəmini diqqətə çatdırıb, gənclərin bu dönəmdə daha aktiv, yaradıcı olmalarını, gələcəyə yönəlik, karantin dönəmi bitdikdən sonra belə onların həyat kredosuna çevriləcək şüarların hazırlanmasının vacibliyini vurğuladı.

Çıxışının davamında nazir karantin müddətində qurumun istər gənclər, istərsə də idman sahələrini əhatə edən “Evdə qal, idmansız qalma!”, “İdeya var”, “Tələbə baharı”, “Evdə addımla” və digər, artıq neçə illərdir ki, uğurla davam edən “Virtual Qarabağ”, bununla yanaşı, yeni,  “Mənim qəhrəmanım”  layihələri barədə söz açıb,  region gənclərinin də onlara cəlb olunmasının önəmini vurğuladı. 

Daha sonra Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, bununla yanaşı, Zərdab, Oğuz, Masallı, Sabirabad, Siyəsəz və Bərdə rayonlarının idarə rəisləri görülən işlərlə bağlı çıxışlar etdilər.

Keçirilən müşavirənin əsas məqsədi koronavirus   infeksiyası ilə əlaqdar ölkəmizdə elan olunmuş  karantin müddətində rayon gənclər və idman idarələrinin fəaliyyəti, rayon gənclərinin nazirliyin həyata keçirdiyi layihələrə qoşulmaları istiqamətində görülən işlərlər, onların fəaliyyəti ilə daha yaxından tanış olmaq, arzu və istəklərini dinləmək idi.

news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi