Ru
Bakı
USD
EUR
GBP
RUB

Azad Rəhimov: II Avropa Oyunlarında Azərbaycan idmançılarının nəticələrini uğurlu saymaq olar

news photo

30.06.2019 18:09 // İdman

Minskdə keçirilən II Avropa Oyunlarında Azərbaycan idmançılarının qazandığı medalların sayına görə nəticələrini uğurlu saymaq olar.

Youthportal.az xəbər verir ki, bu fikri jurnalistlərə açıqlamasında Azərbaycanın Gənclər və idman naziri Azad Rəhimov söyləyib.

Nazir cüdo yığmamızın qızıl medal qazanmamasından təəssüfləndiyini bildirib: “Biz cüdoçularımızın Azərbaycana qızıl medalla qayıdacağını gözləyirdik. Təəssüflər olsun ki, bu, alınmadı. Düşünürəm ki, Azərbaycan Cüdo Federasiyası üzümüzə gələn Tokio Olimpiadasına çox ciddi yanaşmalıdır, bütün imkanları səfərbər etməlidir. Çünki bizim cüdoda çox yüksək səviyyəli komandamız var, onların güclü potensialı var”.

Güləşçilərin həmişəki kimi əldə etdiyi medallarla Azərbaycanı sevindirdiyini vurğulayan A.Rəhimov boks yığmamızda qızıl medalın qazanılmasını uğurlu nəticə kimi qiymətləndirib.

II Avropa Oyunlarının təşkilatçılıq baxımından yüksək təşkil edildiyini deyən nazir bildirib ki, burada təşkilati işlərdə azərbaycanlı mütəxəssislər də yaxından iştirak edib. Bakıda keçirilən I Bakı Avropa Oyunlarında qoyduğu standartlar Minskdə də uğurla tətbiq edilib.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi