Ru
Bakı
USD
EUR
GBP
RUB

Azad Rəhimov BMT-də gənclərin məşğulluğu ilə bağlı təklif verdi (FOTO)

news photo

10.04.2019 10:36 // Gənclər üçün

8 Aprel tarixindən başlayaraq Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu York şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş qərargahında  8-ci İqtisadi və Sosial Şurası Gənclər Forumu öz işinə başlayıb. BMT İqtisadi və Sosial Şurasının prezidenti xanım İnqa Rhonda King,  Baş Assambleyanın prezidenti xanım Maria Fernanda Espinosa Garces,  BMT Baş katibinin Gənclər üzrə xüsusi nümayəndəsi Jayathma Vickramanayake və digər rəsmilərin qatıldığı forumda, Azərbaycanı gənclər və idman naziri Azad Rəhimov təmsil edir.

Bu barədə Youthportal.az-a Gənclər və İdman Nazirliyiəndən məlumat verilib.

Nazirlərin, rəsmilərin, gənclər sahəsinə məsul nümayəndələrin qatıldığı forumda  “Gənclik 2030: Gənclərlə və gənclər üçün işləmək”, “Gənclərin İnkişafına İnvestisiya: Maliyyələşdirmə və digər tətbiq vasitələri”  və digər mövzular ətrafında fikir mübadilələri aparılmış, gələcək planlar müzakirə edilmişdir. Nazir Azad Rəhimov çıxışında bildirib: “2030 Gündəliyinin realizəsi üçün Dövlət könüllülərin sayının artırılması, könüllülük fəaliyyətinin inkişafı, könüllülərə dəstək verilməsi üçün mühüm addımlar atır. 2018-ci ilin may ayından start götürən Dayanıqlı İnkişaf Məqsədləri üzrə seçilmiş 17 Gənc Səfirin ölkəmizdə təqdimat və mükafatlandırma mərasimi də baş tutub. BMT modeli gənclər üçün yeni biliklərin  əldə olunması, tənqidi yanaşma, motivasiya istiqamətində  seçim, təlim və effektiv inkişaf mexanizimdir.”

Çıxışı zamanı gənclər və idman naziri Azad Rəhimov Azərbaycan ərazilərinin 20%-nin Ermənistan tərəfindən zəbt edildiyini və öz yurd- yuvalarından didərgin düşən insanların böyük əksərriyyətinin məhz gənclər olduğunu bildirdi. Plenar iclasda çıxış edən nazir Azad Rəhimov, Minilliyin İnkişaf Məqsədləri (2000-2015) və Dayanıqlı İnkişaf Məqsədləri (SDGs) (2016-2030) proqramlarının həyata keçirilməsindən öncəki mərhələdə ölkənin əldə etdiyi uğurlardan, qarşıya qoyulan məqsədlərdən, görülən işlərdən  və proqramlardan irəli gələn  öhdəliklərdən danışıb. Çıxışının sonunda nazir Azad Rəhimov BMT-nin çətiri altında sadəcə görüşlərin və müzakirələrin aparılması deyil, gənclərin  məşğulluğunun təmin olunması istiqamətində real işlərin görülməsi məqsədi ilə xüsusi koordinasiya komissiyasının yaradılması təklifini irəli sürdü.

Bununla yanaşı, ABŞ-a səfəri çərçivəsində nazir Azad Rəhimov BMT-nin Baş Katibinin Gənclər üzrə elçisi xanım Jayathma Vickramanayake, BMT İqtisadi və Sosial Şurasının prezidenti xanım İnqa Rhonda King, Serbiya Respublikasının gənclər və idman naziri Vanja Udovicic, Rusiya nümayəndə heyətinin BMT İqtisadi və Sosial Şurasında rəhbəri, gənclər siyasəti üzrə Federal Agentliyin nümayəndəsi Aleksandr Bugayev, Ukraynanın gənclər və idman naziri İqor Jdanov, Avstriyanın ailə məsələləri üzrə naziri Yuliane Boqner-Ştrauss, Əfqanıstanın gənclər məsələləri üzrə nazir müavini Kamal Sadat  ilə görüşlər keçirib. Görüşlərdə gənclərin məşğulluğu sahəsində informasiya  mübadiləsi aparılmış, qarşılıqlı layihələr haqqında danışılmış və  eyni zamanda, Rusiya və Azərbaycan arasında “Tələbə baharı” və digər layihələrin realizəsi mövzuları müzakirə olunmuşdur.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi