Ru
Bakı
USD
EUR
GBP
RUB

Aygül Qarayeva : Hədəflərimdən ən əsası ekologiya və kənd təsərrüfatı sahələri üzrə yeni layihələr hazırlamaqdır

news photo

18.06.2017 13:47 // Bizim istedadlar

Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi,  “Kapital Bank” ASC və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə tələbələr arasında keçirilən “Made in Azerbaijan 2017” biznes ideya müsabiqəsinin qalibi müəyyənləşdirilib.

YouthPortal III yerin qalibi -  2012-ci ildən Balakən rayonunun Qabaqçöl qəsəbəsində Üzeyir Hacıbəyov adına tam orta məktəbində Biologiya fənnini tədris edən Qarayeva Aygül ilə olan müsahibəni təqdim edir.

Layihən haqqında qısa məlumat verə bilərsənmi oxucularımıza?

- Layihəmin adı ‘Sənayedə YOSUN bitkisinin tətbiqi, Bisnesi və Perspektivi’- dir. İlk dəfə 2015-ci ildə “Sabahın alimləri” müsabiqəsində şagirdlərimlə birlikdə bu layihəylə iştirak etmək qərarına gəldim.

Bu layihəni işləməkdə məqsədimiz Azərbaycan Respublikasının Prezindenti İlham Əliyevin 18 yanvar 2016-cı ildə “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında”imzaladığı Sərəncama əsasən Kənd təsərrüfat sahəsinə Yeni bir qol əlavə etmək istəyirəm.Bu qol bizə həm maddi,həm mənəvi xeyir verəcəyinə ümid edirik. Bu qol yosun hovuzudur. Burada yosundan istifadə etməkdə əsas məqsədimiz YENİLƏNƏN qaynaq olmasıdır.

Layihənin məhz bu olmasına qərar vermə səbəbin nə oldu ? 

- Məktəb illərindən digər fənlərdən fərqli olaraq Biologiya fənninə həvəsim var idi. Biologiyanın Bitkilər aləmi daim marağımda olub. Hal-hazırda yosunlarla maraqlanıram.

Yosunlar fotosintez prosesini, qida zəncirinə daxil olması, torpaqda toplanan humusun tərkibinə,suxurların torpağa çevrilməsində, torpağı erroziyadan müdafiəsinə,__aqar-aqar maddəsinin,quru və maye halındakı gübrələrin alınmasında,qida sənayesində,etanolun, metanolun,Biodizelin   əmələ gəlməsində iştirak edir. Qısa olaraq desək yosunlar olmasa planetimiz olmazdı.

Məqsədim təmiz ekologiya və organik gübrələrdən istifadə edərək kənd təsərrüfatında təmiz gəlirli məhsulların əldə edilməsi və istifadəsidir.

 Bildiyimiz kimi müsabiqədə altı universitetin 34 tələbəsi iştirak edib. Qaliblər sırasında olacağını düşünürdün ?

- Əmin olmasam da, qalib olacağıma dair ümidlərim böyük idi.

Layihənin hazırlanması və təqdim edilməsi prosesində çətinliklərlə qarşılaşdın ? 

- Çətinlik yaradan yalnız təcrübədə istifadə edəcəyim vəsaitlərin olmaması oldu.

Üzərində işlədiyin və ya düşündüyün hansısa başqa layihə var ?

- İlk öncə yosun təsərrüfatını yaratmaq istəyirəm. Hələki adını açıqlamaq istəmədiyim bir neçə lahiyə üzərində məlumatlar əldə etməyə və təcrbə aparmağa çalışıram.

Bir azda gələcək təhsilin və yə iş planın haqqında danışaq.Gələcəyə yönəlik hədəflərin nələrdir?

- Hədəflərimdən ən əsası ekologiya və kənd təsərrüfatı sahələri üzrə yeni layihələr hazırlayıb, həmin layihələri həyata keçirməkdir.

Sonda isə oxucularımıza tövsiyələrini alaq .

- Oxuculara tövsiyə olaraq demək istəyirəm ki, öyrənmək heç zaman gec deyil, daim öz üzərlərində çalışsınlar və təhsillərini artırsınlar. Dövlətimiz və cəmiyyətimiz üçün layiqli və gərəkli Vətəndaşlar olsunlar.

Təşəkkür edirəm. 

 

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi