Ru
Bakı
USD
EUR
GBP
RUB

Avtomobilsiz bir gün

news photo

22.09.2017 18:45 // Cəmiyyət

Avtomobil müasir dünyamızın ayrılmaz tərkib hissəsidir. Gündəlik həyatımızda özünəməxsus yer tutan avtomobillər bizim işlərimizin tez və asan olmasına xidmət edir. Avtomobillərin tarixinə nəzər salsaq, görərik ki, müasir dövrümüzə qədər davam edən inkişaf mərhələləri keçmişdir. İlk avtomobil cizgiləri Leonardo da Vinçiyə aid edilir. 1447-ci ildə o, əzələ gücü ilə hərəkətə gətirilə bilən zirehli arabanın layihəsini işləyib. 1913-cü ildə amerikalı sahibkar H.Fordun “Ford-T” avtomobilinin istehsalına başlanması avtomobillərin kütləvi istehsalının əsasını qoydu.

<br />

Avtomobillər bizə faydalı olduğu qədər də zərərdir. Baş verən yol nəqliyyat qəzalarını, havanın çirklənməsini və çoxsaylı tıxacları məhz avtomobillər bizə bəxş edir. Bütün bunların qarşısını almaq məqsədilə dünya əhalisi avtomobildən bir gün də olsa imtina etməyə başlayıb. 1998-ci ildən etibarən 22 sentyabr dünyada “Avtomobilsiz bir gün” qeyd olunmağa başlayıb. İlk vaxtlar bu ənənə yalnız 20-yə yaxın şəhərdə qeyd olunurdusa, artıq dünyanın əksər ölkələrindən minlərlə sakin bu aksiyaya qoşulur. Bu ölkələrdə insanların əksəriyyəti ictimai nəqliyyatdan istifadə edirlər. Bu ənənə Azərbaycanın əksər rayonlarında olduğu kimi İsmayıllıda da qeyd olunur. Belə ki, bu gün İsmayıllı rayon Gənclər və İdman İdarəsi əməkdaşları işə şəxsi avtomobillərindən imtina edərək velosipedlərlə gəlib. Bu həm avtomobildən imtina, həm də velosiped idman növünün gənclər arasında təbliğinə yönəlmiş addım idi.

<br />

2016-cı ilin avqustun 10-da cənab Prezidetimiz İlham Əliyev tərəfindən açılışı olan İsmayıllı Velosiped Zavodunun məhz rayonda tikilməsi bu idman növünə olan marağı daha da artırmış oldu. Artıq xeyli müddətdir ki, İsmayıllıda Velosiped Federasiyasının nümayəndəliyi və şəxsi təşəbbüslə yaradılmış velosiped dostları qrupu fəaliyyət göstərir.

<br />

Əksər sakinlər avtomobillərdən imtina etsələr də, xüsusi təyinatlı avtomobillər- təcili tibbi yardım, yanğından mühafizə və təhlükəsizlik xidməti işçiləri əhalinin qayğısına qalmaq məqsədilə bu aksiyaya qoşulmayırlar. Şəhər sakinləri isə bacardıqları qədər şəxsi avtomobillərindən bir günlük imtina edirlər.

Digər xəbərlər

Xəbər lenti

“Naməlum Axundzadə” nümayiş olunacaq

Gələn ay üçün qeyri-iş günləri

Sabah külək əsəcək

“UNEC-100” - Strateji idarəetmə

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi