Ru
Bakı
USD
EUR
GBP
RUB

"Avroviziya-2019"un ilk finalçıları məlum olub

news photo

15.05.2019 10:04 // Cəmiyyət

İsrailin Tel-Əviv şəhərinin "Ekspo Tel-Əviv" arenasında 64-cü "Avroviziya" beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinalı keçirilib.

Youthportal.az xəbər verir ki, beynəlxalq mahnı müsabiqəsinin aparıcıları supermodel Bar Rafaeli, teleaparıcılar Erez Tal, Assi Azar və aktrisa Lüsi Ayub olublar.

Müsabiqəni "Toy" mahnısı ilə "Avroviziya-2018"in qalibi Netta Barzilay açıb.

Birinci yarımfinalda 17 ölkənin nümayəndələri çıxış edib: Kipr, Monteneqro, Finlandiya, Polşa, Sloveniya, Çexiya, Macarıstan, Belarus, Serbiya, Belçika, Gürcüstan, Avstraliya, İslandiya, Estoniya, Portuqaliya, Yunanıstan, San-Marino.

Birinci yarımfinalda çıxış edənlərdən yalnız 10-u finala yüksələ bilib: Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San-Marino və Sloveniya.

Qeyd edək ki, ikinci yarımfinal mayın 16-ı, final isə mayın 18-i keçiriləcək. Azərbaycanı təmsil edən Çingiz Mustafayev "Truth" mahnısı ilə mayın 16-sı çıxış edəcək.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi