Ru
Bakı
USD
EUR
GBP
RUB

Avropanın ən təhlükəli və təhlükəsiz ölkələrinin siyahısı tərtib olunub

news photo

08.11.2019 10:14 // Dünyada

Avropanın Statistika Agentliyi Avropanın ən təhlükəli və təhlükəsiz ölkələrinin siyahısını tərtib edib.

Youthportal.az xəbər verir ki, Agentliyin məlumatına əsasən, Avropanın ən təhlükəli ölkəsi Belçikadır. Beləki 2017-ci ildə ölkədə 100 min nəfərə qarşı törədilən cinayətlərin sayına görə göstərici (167) bütün üzv ölkələrindən çoxdur. İkinci yerdə Fransa (150) və İspaniya (144) yerləşir. Böyük Britaniya (132) və Portuqaliya (115 cinayət) da bu siyahıda yer alır. Aİ-də ən təhlükəsiz ölkələr isə Slovakiya və Macarıstan (9), Sloveniya (12), Kipr (14), Estoniya və Çexiya (15), həmçinin Rumıniyadır (16 cinayət).

Qeyd olunur ki, 2011-ci ildən 2017-ci ilə kimi Avropa İttifaqında qarət hallarının sayı 24 faiz azalıb və 522 min hadisədən 396 min hadisəyə enib. Bununla yanaşı, təkcə 2017-ci ildə Avropadakı hücumların sayı 1,1 milyonu keçib. Ən çox qəsdən öldürmə halları Latviya, Litva, Estoniya və Maltada, ən az isə Lüksemburq, Çexiya, İtaliya və Avstriyada qeydə alınıb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi