Ru
Bakı
USD
EUR
GBP
RUB

“Avropada Gənclər Siyasəti: Bizim Əlimizdədir!” (FOTO)

news photo

19.03.2019 13:05 // Gənclər üçün

11-15 Mart 2019-cu il tarixlərində Avropa Gənclər Klubları Konfederasiyası və Avropa Şurasının maliyyə dəstəyi ilə Fransanın Strasburq şəhərində baş tutan “Youth Work Policy in Europe: It's Up to Us!” (“Avropada Gənclər Siyasəti: Bizim Əlimizdədir!”) tədbirində nümayəndə heyəti olaraq, NAYORA-nın Baş katibi Hüseyn Məmmədov və NAYORA-nın könüllülər üzrə koordinatoru Fatimə Vəliyeva, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasını (NAYORA) təmsil ediblər.

NAYORA-dan Youthportal.az bildirilib ki, tədbirin məqsədi, müxtəlif Avropa ölkələrindən olan gənc liderləri və gənclər sahəsində çalışan şəxsləri, bir araya toplamaq, gənclər siyasəti ilə bağlı müvafiq ölkələrdə aparılan siyasəti müzakirə etmək, gənclər mübadiləsini təşkil etmək və gənclər siyasəti barədə məlumatlılıq səviyyəsini artırmaq məqsədi ilə müxtəlif görüşlər və təlimlər təşkil etməkdir.

Tədbirdə Avropa Gənclər Klubları Konfederasiyasının təhsil işləri üzrə məsləhətçisi Stefan Chekrk Manevski Avropa Şurasının üzvləri və standartları haqqında iştirakçılara ətraflı məlumat vermişdir. Gənclər sektorunda rekomendasiyanın prinsipləri və məzmunu haqqında məlumatın verilməsi məqsədilə interaktiv qrup işi təşkil edilmişdir.

Tədbirdə iştirak edən NAYORA-nın Baş katibi Hüseyn Məmmədov ölkədə aparılan gənclər siyasəti və Gənclər və İdman Nazirliyinin gənclər sahəsində apardığı uğurlu fəaliyyəti barəsində məlumat verib.

NAYORA-nın Könüllülər üzrə koordinatoru Fatimə Vəliyeva, öz növbəsində ölkədə mövcud olan Gənclər Evləri və Mərkəzlərinin könüllülərlə əməkdaşlıq imkanlarından, mexanizm və metodologiyası haqqında məlumat vermişdir.

Daha sonra Avropa Şurasının Gənclər Departamentinin rəhbəri Antje Rothemund, Avropa Şurasının iş prinsipləri və müvafiq sahə üzrə olan təcrübələrini bölüşüb. Bu sahədə fəaliyyət göstərməyinin könüllülük fəaliyyəti ilə sıx bağlı olduğunu vurğulayıb. Tədbirin gedişatında iştirakçıların təmsil etdiyi ölkələrdən olan gənclər siyasəti və ölkələrin keçdiyi yol, əldə etdiyi nailiyyətlərə toxunulub. İştirakçılar bu sahədə cavab tapmaq istədiyi sualları ünvanlayıblar və məhsuldar fikir mübadiləsi həyata keçirilib.

Tədbirin gedişatında, iştirakçılar qruplara bölünərək, təmsil etdiyi ölkələrdə mövcud olan gənclər siyasəti haqqında müzakirələr aparmış və analiz edərək qiymətləndirmə həyata keçirmişlər. Layihə koordinatoru Andrea Casamenti məsləhət xarakterli sənədlərə əsaslanan məlumatlandırmanın təşkili haqqında geniş izahat vermişdir. Daha sonra Avropa Şurasının inzibati binasına səfər olunmuş və Avropa Şurasının fəaliyyət istiqamətləri, iş prinsipləri haqqında geniş məlumat verilmişdir.

Sessiyanın sonuncu günü iştirakçıların fəaliyyət planı yekunlaşmış və bununla əlaqədar təqdimatlar həyata keçirilmişdir.  

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi