Ru
Bakı
USD
EUR
GBP
RUB

Avropa Oyunları: güləş yarışlarından yaddaqalan məqamlar - Fotolar

news photo

24.06.2015 18:15 // Bakı-2015

Bakı 2015-də 13-18 iyun tarixlərində güləş üzrə yarışlar keçirildi.

Youthportal.az “Bakı 2015”ə istinadən xəbər verir ki, Avropanın ən güclü güləşçiləri arasındakı mübarizə Avropa Oyunları tarixində ən yaddaqalan, ətrafına daha çox azarkeş toplayan idman növü kimi qaldı.

Bakı 2015 çərçivəsində güləş üzrə yarışlarla əlaqədar bəzi məlumatlarla tanış olun:

İştirakçı ölkələr - Bakı 2015-də 39 MOK-dan olan güləşçilər hər bir növ üzrə səkkiz çəki dərəcəsində mübarizə aparıb. Yunan-Roma, qadın güləşi və kişilər arasında sərbəst növlərdən ibarət hər bir yarış, hər bir növ üçün iki gün olmaqla, altı gün davam edib.

İştirakçı idmançıların sayı - 480 idmançı Bakı 2015-də güləşdi.

Medalların sayı - 92 medal oynanıldı.

Təsnifat – Güləş üzrə avropalı idmançılar və Milli Olimpiya komitələri “Rio-2016” üçün təsnifat prosesinin bir hissəsi kimi, “Bakı-2015” Avropa Oyunlarında iştirak etməlidirlər.

Maraqlı məqamlar

Avropa Oyunlarında güləşçi Stadniklər ailəsinin müxtəlif nümayəndələri fərqli ölkələr adından çıxış edirdi. 48 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Mariya Stadnik qızıl medal aldı. Onun həyat yoldaşı Ukraynanın tanınmış idman ustası Andrey Stadnikdir.

Andreyin bacısı Yana Rattiqan-Stadnik isə Böyük Britaniya təmsilçisi kimi Bakı 2015-də çıxış edib.

Andrey və Yana Stadniklərin atası da güləşçi olub. Mariyanın qaynı arvadı Alina Maxinya-Stadnik isə Avropa Oyunlarında 69 kq çəki dərəcəsində Ukrayna üçün qızıl medal qazandı.

Moldovadan Aleksandru Çirtoaka - oyunların ən bəxti gətirən oyunçusu kimi qiymətləndirilib. O, 1/4 finalda Almaniya güləşçisinə məğlub olmuşdu. Lakin yarımfinalçı digər idmançıya yumruq atdığına görə diskvalifikasiya edildiyindən, Çirtoaka təsəlliverici mərhələyə çıxıb və bürünc medal qazanıb.

Rekord

Sərbəst güləş üzrə 86 kq çəki dərəcəsində Rusiya təmsilçisi Abdulraşid Sadulayev moldovalı Pyotr Yannulov üzərində 98 saniyə ərzində tam üstünlüklə qələbə qazandı.

Açılış mərasimində Rusiyanın bayraqdarı olan Xadjimurat Qatçalov favorit adlandırılsa da,o, elə ilk görüşündə mübarizəni dayandırmalı olub.

Yarışların nəticələri, kişilər arasında

-59 kq çəki dərəcəsində Yunan-Roma güləşi:

Stepan Maryanyan (Rusiya) – qızıl

Soslan Daurov (Belarus) – gümüş

Elman Muxtarov (Azərbaycan) bürünc

Tariik Belmadani (Fransa) – bürünc

66 kq çəki dərəcəsi Yunan-Roma güləşi:

Artyom Surkov (Rusiya) – qızıl

Miqran Arutyunyan (Ermənistan) – gümüş

İstvan Levai (Slovakiya) - bürünc

Həsən Əliyev (Azərbaycan) bürünc

71 kq çəki dərəcəsi Yunan-Roma güləşi:

Rəsul Çunayev (Azərbaycan) qızıl

Balint Korpasi (Macarıstan) – gümüş

Dominik Etlinger (Xorvatiya) – bürünc

Frank Ataebler (Fransa) - bürünc

75 kq çəki dərəcəsi Yunan-Roma güləşi:

Elvin Mürsəliyev (Azərbaycan) qızıl

Viktor Nemes (Serbiya) – gümüş

Dmitriy Ouşkov (ukrayna) - bürünc

Çingiz Labazanov (Rusiya) - bürünc

80 kq çəki dərəcəsi Yunan-Roma güləşi:

Yevgeni Saleyev (Rusiya) – qızıl

Rafiq Hüseynov (Azərbaycan) – gümüş

Daniel Aleksandrov (Bolqarıstan) - bürünc

Viktar Sasunouski (Belarus) - bürünc

85 kq çəki dərəcəsi Yunan-Roma güləşi:

David Çakvetadze (Rusiya) – qızıl

Zhan Belenyuk (Ukrayna) gümüş

Ramsin Azizsir (Almaniya) - bürünc

Metehan Basar (türkiyə) - bürünc

98 kq çəki dərəcəsi Yunan-Roma güləşi:

İslam Maqomedov (Rusiya) – qızıl

Dmitri Timçenko (Ukrayna) – gümüş

Melonin Noumonvi (Fransa) - bürünc

Cenk İldem (Türkiyə) - bürünc

130 kq çəki dərəcəsi Yunan-Roma güləşi

Rza Kayaalp (Türkiyə) – qızıl

Sabahi Şəriəti (Azərbaycan) –gümüş

Heiki Nabi (Estoniya) – bürünc

İosif Çuqoşvili (Belarus) bürünc

Sərbəst güləş üzrə 57 kq çəki dərəcəsi:

Viktor Lebedev (Rusiya) – qızıl

Markel Evard (Almaniya) – gümüş

Sezar Akgül (Türkiyə) - bürünc

Aleksandru Çirtoaca (Moldova) - bürünc

Sərbəst güləş üzrə 61 kq çəki dərəcəsi:

Aleksandr Boqomoyev (Rusiya) - qızıl

Beka Lomtadze (Gürcüstan) - gümüş

Hacı Əliyev (Azərbaycan) -bürünc

Vasil Şuptar (Ukrayna) - bürünc

Sərbəst güləş üzrə 65 kq çəki dərəcəsi:

Toğrul Əsgərov (Azərbaycan) – qızıl

Fransk Çamizo-Markes (İtaliya) – gümüş

Mustafa Kaya (Türkiyə) - bürünc

İlias Bekbulatov (Rusiya)- bürünc

Sərbəst güləş üzrə 70 kq çəki dərəcəsi

Maqomedrasul Qazimoqomedov (Rusiya) - qızıl

Maqomedmurad Qadziyev (Polşa) – gümüş

Yakup Gor (Türkiyə)- bürünc

Ruslan Dibirhacıyev (Azərbaycan) -bürünc

Sərbəst güləş üzrə 74 kq çəki dərəcəsi:

Aniuar Geduyev (Rusiya) - qızıl

Söner Demirtaş (Türkiyə) - gümüş

Cəbrayıl Həsənov (Azərbaycan) – bürünc

Camber Kvelaşvili (Gürcüstan) - bürünc

Sərbəst güləş üzrə 86 kq çəki dərəcəsi:

Abdulraşid Sadulayevin (Rusiya)- qızıl

Pyotr Yanulov (Moldova)- gümüş

Radoslav Marsinkiyeviç (Polşa) - bürünc

Sandro Aminaşvili (Gürcüstan) - bürünc

Sərbəst güləş üzrə 97 kq çəki dərəcəsi:

Xetaq Qazyumov (Azərbaycan) – qızıl

Elizbar Odikadze (Gürcüstan) – gümüş

Velriy Andriyitsev (Ukrayna) bürünc

Abdulalam Qadisov (Rusiya) – bürünc

Sərbəst güləş üzrə 125 kq çəki dərəcəsi:

Taha Akgül (Türkiyə) - qızıl

Aleksey Şemarov (Belarus) - gümüş

Geno Petriaşvili (Gürcüstan)- bürünc

Cəmaləddin Maqomedov (Azərbaycan) bürünc

Qadınlar sərbəst güləş

48 kq çəki dərəcəsi:

Mariya Stadnik (Azərbaycan) – qızıl

Elitsa Yankova (Bolqarıstan) gümüş

İvona Matkovska (Polşa) - bürünc

Valentina İslamova Brik (Rusiya) – bürünc

53 kq çəki dərəcəsi:

Anjela Doroqan (Azərbaycan) - qızıl

Roksana Zasina (Polşa) - gümüş

Merve Kenger (Türkiyə) – bürünc

Nadzeya Şuşko (Belarus) bürünc

55 kq çəki dərəcəsi:

Sofia Mattsson (İsveç) –qızıl

Katazina Kravçek (Polşa) – gümüş

Evelina Nikolova (Bolqarıstan) – bürünc

Natalya Sinişin (Azərbaycan) – bürünc

58 kq çəki dərəcəsi:

Emese Barka (Macaristan) – qızıl

Tatyana Lavrençuk (Ukrayna) – gümüş

Elif Jale Yeşilirmak (Türkiyə) - bürünc

Qreys Bullen (Norveç) – bürünc

60 kq çəki dərəcəsi:

Marianna Sastin (İsveç) – qızıl

Svetlana Lipatova (Rusiya) – gümüş

Veranika İvanova (Belarus)

Taybe Yusein (Bolqarıstan) – bürünc

63 kq çəki dərəcəsi:

Valeriya Lazinskaya (Rusiya) – qızıl

Yuliya Tkaç (Ukrayna) – gümüş

Mariya Mamaşuk (Belarus) – bürünc

Anastasiya Qriqoryeva (Latviya)- bürünc

69 kq çəki dərəcəsi:

Alina Stadnik-Maxiniya (Ukrayna) - qızıl

İlana Kratiş (İsrail) - gümüş

Natalya Vorobyova (Rusiya) - bürünc

Alina Foken (Almaniya) - bürünc

75 kq çəki dərəcəsi:

Vasilisa Marzalyuk (Belarus) – qızıl

Yekaterina Bukina (Rusiya) gümüş

Mayder Undo Qonsalez di Audicana (İspaniya) – bürünc

Svetlana Sayenko (Moldova) bürünc

Güləşdə medal alan ölkələrin ilk 10-luğu

Rusiya - 18 medal ( 11 qızıl, 2 gümüş, 5 bürünc)

Azərbaycan - 15 medal ( 6 qızıl, 2 gümüş, 7 bürünc)

Türkiyə - 10 medal ( 2 qızıl, 1 gümüş, 7 bürünc)

Macarıstan - 3 medal (2 qızıl, 1 bürünc)

Ukrayna - 8 medal (1 qızıl, 4 gümüş, 3 bürünc)

Belarus - 8 medal (1 qızıl, 2 gümüş, 5 bürünc)

İsveç - 1 qızıl

Polşa - 5 medal (3 gümüş, 2 bürünc)

Gürcüstan 5 medal (2 gümüş, 3 bürünc)

Almaniya - 4 medal (1 gümüş, 3 bürünc)

Bolqarıstan - 4 medal (1 gümüş, 3 bürünc)

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

“Naməlum Axundzadə” nümayiş olunacaq

Gələn ay üçün qeyri-iş günləri

Sabah külək əsəcək

“UNEC-100” - Strateji idarəetmə

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi