Ru
Bakı
USD
EUR
GBP
RUB

Avropa Oyunları: boksda günün ikinci qələbəsi! - YENİLƏNİB

news photo

24.06.2015 16:00 // Bakı-2015

Youthportal.az bildirir ki, 1/4 finalda Xaybula Musalov Belarusdan Vitali Bandarenka ilə üzləşib. Görüş Musalovun 3-0 hesablı qələbəsi ilə bitib. Boksçumuz yarımfinalda!

---------

12:45

Youthportal.az bildirir ki, Yana Alekseyevna 1/4 finalda Rusiyadan Zinaida Dobrınina ilə rinqə çıxıb. Görüş Yananın 3-0 hesablı qələbəsi ilə bitib. Boksçumuz yarımfinalda!

-------

12:25

Youthportal.az Bakı-2015-in rəsmi saytına istinadən bildirir ki, Avropa Oyunlarının 13-cü günündə Bakı Kristal Zalında qadınlar və kişilər arasında boks yarışları davam edir.

Yarış cədvəli belədir:

12:30 Qadınlar arasında Yüngül Çəki (57 - 60kq) 1/4 Final

13:00 * Kişilər arasında Orta Çəki (75kq) 1/4 Final

14:00 * Kişilər arasında Ağır Çəki (91kq) 1/4 Final

18:00 Qadınlar arasında Yüngülvari Çəki (48 - 51kq) Yarımfinal

18:30 Qadınlar arasında Orta Çəki (69 - 75kq) Yarımfinal

19:00 Kişilər arasında Ən Yüngülvari Çəki (46 - 49kq) Yarımfinal

19:30 Kişilər arasında Yarım-yüngül Çəki (56kq) Yarımfinal

20:00 Kişilər arasında Yarım-ağır Çəki (81kq) Yarımfinal

Qadınlar arasında yüngül çəkidə (57 - 60 kq) 1/4 finalda Azərbaycanı təmsil edən Yana Alekseyevna Rusiyadan Zinaida Dobrınina ilə rinqə çıxacaq. Görüş 12:30-da başlanır.

Kişilər arasında 75 kq çəki dərəcəsində 1/4 finalda Xaybula Musalov 13:30-da Belarusdan Vitali Bandarenka ilə üzləşəcək.

Kişilər arasında 56 kq çəki dərəcəsində yarımfinal görüşündə Tayfur Əliyev Rusiya təmsilçisi Baxtovar Nazirovla rinqə çıxacaq. Görüş 19:30-da başlanır.

Yarımfinala çıxan daha bir boksçumuz Teymur Məmmədov 20:15-də Rusiyadan Pavel Silyaginlə döyüşəcək.

İdmançılarımıza uğurlar arzulayırıq!

Digər xəbərlər

Xəbər lenti

Sabaha olan hava proqnozu açıqlanıb

Atəşkəs 22 dəfə pozulub

Bazar günü 22 dərəcə isti olacaq

“İradənlə qalib gəl!”

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi