Ru
Bakı
USD
EUR
GBP
RUB

Avropa Liqası: Həftənin oyunçusu adına namizədlər açıqlanıb

news photo

13.12.2019 11:20 // İdman

UEFA Avropa Liqasında həftənin futbolçusu adına namizədlərin adlarını açıqlayıb.

Youthportal.az xəbər verir ki, iddialılar sırasına 4 oyunçu daxil edilib. Bunlar İngiltərə "Vulverhempton"unun hücumçusu Dioqu Jota, "Mançester Yunayted"in forvardı Meyson Qrinvud, Fransa "Renn"inin müdafiəçisi Joris Nyanyon və "Arsenal"ın yarımmüdafiəçisi Bukayo Sakadır.

Jota Türkiyə "Beşiktaş"ı ilə VI tur matçında (4:0) het-trik, Qrinvud Hollandiya AZ-si ilə (4:0), Nyanyon İtaliya "Latsio"su ilə qarşılaşmada (2:0) dubl edib. Saka isə Belçika Standard"ı ilə görüşdə (2:2) fərqlənib.

Səsvermə UEFA-nın rəsmi saytı vasitəsilə aparılır.

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin son turunda "Qarabağ" evdə Lüksemburq "Düdelanj"ı ilə 1:1 hesablı heç-heçə edib. Bununla da A qrupunda 5 xalla 3-cü yeri tutan Azərbaycan təmsilçisi mübarizəni dayandırıb. 

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi