Ru
Bakı
USD
EUR
GBP
RUB

Avropa həmrəylik korpusunun şərq tərəfdaşlığı ölkələri üçün açılış tədbiri keçiriləcək

news photo

14.12.2018 14:39 // Gənclər üçün

Sağlam Düşüncə Gənclər Təşkilatı, Gənclər və İdman Nazirliyi, Polşa  milli Agentliyinin tərkibində fəaliyyət göstərən SALTO Eastern Europe  and Caucasus və Sabunçu Gənclər Evinin təşkilatçılığı ilə Avropa  İttifaqının yeni proqramı-Avropa Həmrəylik Korpusu (European  Solidarity Corps (ESC)) proqramına Şərqi Avropa və Qa fqaz  ölkələrinin də qoşulması və Azərbaycan gəncləri üçün yaranan yeni  imkanlarla tanış olmaları ilə əlaqədar 17 dekabr 2018-ci il tarixində  saat 15:00-da Sabunçu Gənclər Evində açılış tədbiri təşkil edəcək.   

Gənclər Veindən Youthportal.az-a bildirilib ki, tədbirdə dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri,  gənclər təşkilatları və fəal gənclər iştirak edəcəklər.    Belə ki, Avropa Könüllülük Xidməti (European Voluntary Service)  Erasmus+ proqramının tərkibindən çıxarılaraq Avropa Həmrəylik  Korpusu (ESC) adlı yeni bir proqram yaradılmışdır. 

Yeni proqramın  təqdimatı zamanı Azərbaycan gəncləri və gənclər təşkilatları üçün  yaranan imkanlar haqqında danışılacaq və Avropa Könüllük  Xidmətində iştirak etmiş gənclər öz təcrübələrini bölüşəcəklər.  Həmçinin SALTO-un Şərqi Avropa və Qafqaz ölkələri üzrə  nümayəndəsi proqramla bağlı gəncləri maraqlandıran sualları  cavablandıracaq.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 23 dəfə pozulub

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi