Ru
Bakı
USD
EUR
GBP
RUB

Avropa Gənclər Yay Olimpiya Festivalına güləşçilərimiz qələbə ilə başlayıblar

news photo

21.07.2019 11:02 // İdman

İyulun 21-də Heydər Əliyev adına İdman Sarayında Avropa Gənclər Olimpiya Festivalı (EYOF) çərçivəsində güləş yarışlarında pəhləvanlarımız mübarizəyə qələbə ilə başlayıblar.

Youthportal.az xəbər verir ki, A qrupunda rusiyalı güləşçi Eldar Asakayevlə gücünü sınayan təmsilçimiz Murad Haqverdiyev (45 kq) ilk turda qələbə qazanıb.

Qeyd edək ki, yarışların ilk günündə həm sərbəst, həm də yunan-Roma güləşi üzrə 45 və 55 kiloqram çəki dərəcələrində qarşılaşmalar keçirilir. Sərbəst güləş üzrə A qrupunda birinci turda Murad Haqverdiyevlə yanaşı, digər güləşçimiz Əbülfəz Nəsirov (55 kq) səkkizdəbir finalda Harvey Ridinqsla (Böyük Britaniya) mübarizə aparır. Yunan-Roma güləşi üzrə təsnifat mərhələsində təmsilçimiz Fərid Sadıxlı Andrea Martino (İtaliya), səkkizdəbir finalda Nihat Məmmədli Olivye Şkripçakla (Polşa) güləşəcək.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıya yağış yağacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi