Ru
Bakı
USD
EUR
GBP
RUB

Avropa Gənclər Yay Olimpiya Festivalı: Türkiyə tennisçiləri yarışa qələbə ilə başlayıblar

news photo

21.07.2019 13:30 // İdman

Bakı Tennis Akademiyasında “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarında ilk görüşlərin nəticələri məlum olub.

Youthportal.az xəbər verir ki, fərdi yarışlarda israilli Maya Bazalel Belçika idmançısı Hanne Vandevınkeli 6 (10):7, 6:4, 10:8, sloveniyalı Petja Drame Böyük Britaniyalı Andrea Pinedanı 6:3, 6:1, türkiyəli Toğan Tokac xorvatiyalı Noa Vukadini 6:2, 6:1, Türkiyənin digər təmsilçisi Melisa Senli kosovalı Vesa Gjinajı 6:1,6:1, Bidny Yehonathan (İsrail) Barton Hyneki (Çex Respublikası) 7:5, 6:2, Maria Şolokova (Rusiya) Suana Tucakoviçi (Bosniya və Herseqovina) 6:2, 6:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu gün Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək.

Festivalda Avropanın 48 ölkəsindən 3900 atlet iştirak edəcək. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayacaqlar. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür.

Festivalda Azərbaycanı 122 idmançı təmsil edəcək.

XV Avropa Gənclər Yay Olimpiya Festivalında atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar.

Digər xəbərlər

Xəbər lenti

Havanın temperaturu 39 dərəcə olacaq

Sabah Bakıda 34 dərəcə isti olacaq

Kolleclərə ixtisas seçimi davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi