Ru
Bakı
USD
EUR
GBP
RUB

Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının ikinci gününə start verilib

news photo

23.07.2019 10:08 // İdman

İyulun 23-də "EYOF Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının ikinci gününə start verilib.

Youthportal.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən atletika yarışlarının ikinci günündə yarışlar iki sessiyada baş tutacaq. Səhər sessiyasında atletlər 400 metr məsafəyə qaçış, 400 metr məsafəyə maniələrlə qaçış, uzunluğa tullanma, çəkicatma və çoxnövçülük növlərində mübarizə aparacaqlar. Axşam sessiyasında 100, 1500, 3000 metr məsafəyə qaçış, 110 metr məsafəyə maniələrlə qaçış, şüvüllə tullanma, uzunluğa tullanma, nüvəitələmə və çoxnövçülük yarışlarının final mərhələləri keçiriləcək.

"EYOF 2019"un atletika yarışlarına iyulun 27-də yekun vurulacaq.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi