Ru
Bakı
USD
EUR
GBP
RUB

Avropa Gənclər Olimpiya Festivalına hazırlaşan yeniyetmə güləşçilərimiz təlim-məşq toplanışına keçir

news photo

09.07.2019 13:22 // İdman

İyulun 21-də Bakıda Avropa Gənclərinin Olimpiya Festivalı start götürəcək.

Youthportal.az Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, Festivalın proqramında yer alan idman növlərindən biri də güləşdir. Yeniyetmələrdən ibarət yığmalarımız festivala hazırlığın son mərhələsindədir. Yunan-Roma güləşçilərimiz Göygöldə təlim-məşq toplanışı keçirsə, sərbəst güləşçilər hazırlığı Xaçmazda davam etdirir. Böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Abil İbrahimovun rəhbərliyi altında 22 yeniyetmə sərbəst güləşçi iyulun 3-dən Xaçmaz Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçir.

Qeyd edək ki, daha çox fiziki hazırlığın ön planda olduğu təlim-məşq toplanışı iyulun 17-dək davam edəcək.

Digər xəbərlər

Xəbər lenti

Daxili İşlər Nazirliyi işçi axtarır

Atəşkəs 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi