Ru
Bakı
USD
EUR
GBP
RUB

Avropa Gənclər Fondu ilə birgə “Gənclər zorakılığa qarşı” tədbirləri keçirildi

news photo

27.05.2019 13:31 // Gənclər üçün

Gənclər üçün Təhsil Mərkəzi Avropa Gənclər Fondunun maliyyə dəstəyi ilə cari ilin yanvar ayından başlayaraq ölkənin bir neçə bölgəsində “Gənclər zorakılığa qarşı” adlı layihəni icra etmişdir.

Mərkəzdən Youthportal.az-a bildirilib ki, bu günlərdə başa çatan layihə çərçivəsində gənclər arasında məişət zorakılığa qarşı maarifləndirici tədbirlər keçirilmiş, onlara zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində zəruri məlumatlar verilmişdir.

Maarifləndirmə tədbirləri çərçivəsində “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edilmiş, gənclərlə fikir mübadilələri təşkil olunmuşdur.

 

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahdan havanın temperaturu qalxır

Maestro Niyazinin xatirəsi yad olunacaq

Atəşkəs 23 dəfə pozulub

Havanın temperaturu 39 dərəcə olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi