Ru
Bakı
USD
EUR
GBP
RUB

AVRO-2020-nin seçmə mərhələsində IV tura start veriləcək

news photo

10.06.2019 10:48 // İdman

Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində IV tura start veriləcək.

Youthportal.az xəbər verir ki, turun ilk oyun günündə 5 qrupda 12 görüş keçiriləcək.

Ötən tur Serbiyanı 5:0 hesabı ilə darmadağın etmiş Ukrayna yığması bu dəfə B qrupunda gözlənilməz nəticələrə imza atan Lüksemburqu qəbul edəcək. Bu komandalar 3 turdan ilk 2 pillədə qərarlaşıblar.

Daha 2 qrupda eyni durumda olan yığmaların qarşılaşmaları oynanılacaq. F qrupunda İspaniya İsveçi, G qrupunda Polşa İsraili qəbul edəcək. A qrupunda isə bu gün UEFA Millətlər Liqasında 3-cü yeri tutmuş İngiltərə istirahət edəcək. Əvəzində Çexiya Monteneqronu, Bolqarıstan isə Kosovonu qəbul edəcək.

UEFA Millətlər Liqası, IV tur

10 iyun

A qrupu

22:45. Çexiya - Monteneqro

22:45. Bolqarıstan - Kosovo

Xal durumu: İngiltərə - 6 (2 oyuna), Çexiya - 3 (2), Kosovo – 2 (2), Bolqarıstan – 2 (3), Monteneqro - 2 (3).

B qrupu

22:45. Ukrayna - Lüksemburq

22:45. Serbiya - Litva

Xal durumu: Ukrayna – 7 (3 oyuna), Lüksemburq – 4 (3), Portuqaliya – 2 (2), Litva – 1 (2), Serbiya – 1 (2).

D qrupu

22:45. İrlandiya - Cəbəllütariq

22:45. Danimarka - Gürcüstan

Xal durumu: İrlandiya – 7 (3 oyuna), İsveçrə - 4 (2), , Gürcüstan – 3 (3), Danimarka – 2 (2), Cəbəllütariq – 0 (2).

F qrupu

22:45. İspaniya - İsveç

22:45. Malta - Rumıniya

22:45. Farer adaları - Norveç

Xal durumu: İspaniya – 9, İsveç – 7, Rumıniya – 4, Malta - 3, Norveç - 2, Farer adaları - 0.

G qrupu

22:45. Polşa - İsrail

22:45. Latviya - Sloveniya

22:45. Makedoniya - Avstriya

Xal durumu: Polşa - 9, İsrail - 7, Makedoniya - 4, Avstriya - 3, Sloveniya - 2, Latviya - 0.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi