Ru
Bakı
USD
EUR
GBP
RUB

AVRO-2020: Əməliyyat Qrupunun üzvləri üçün seminar təşkil olunub

news photo

10.12.2019 16:31 // İdman

AVRO-2020-nin Bakıda keçiriləcək oyunları ilə əlaqədar fəaliyyət göstərən Əməliyyat Qrupunun üzvləri İsveçrənin Nyon şəhərində yerləşən UEFA-nın mənzil-qərargahında çempionata ev sahibliyi edəcək 12 şəhərin nümayəndələri üçün təşkil olunmuş seminarda iştirak edirlər.

Youthportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki,  Avropa çempionatının noyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş püşkatma mərasimindən sonra hansı komandaların hansı şəhərlərdə çıxış edəcəyi müəyyənləşdiyi üçün seminarın məqsədi müxtəlif sahələr üzrə planların müzakirəsi və konkretləşdirilməsidir. 

Bundan əlavə, dekabrın 11-12-də UEFA-nın mənzil-qərargahında AVRO-2020-nin oyunlarının keçiriləcəyi 12 stadionun nümayəndələri üçün seminar təşkil olunacaq. Tədbirdə Bakı Olimpiya Stadionunun rəhbərliyi və Əməliyyat Qrupunun nümayəndələri iştirak edəcək.

Qeyd edək ki, AVRO-2020-nin təqviminə əsasən, iyunun 13-də Bakı Olimpiya Stadionunda A qrupunun Uels - İsveçrə oyunu keçiriləcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, iyulun 4-də 1/4 final mərhələsinin bir oyunu Bakıda gerçəkləşəcək. Uelslilər iyunun 21-də Romada İtaliya ilə qarşılaşacaqlar.

AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda üz-üzə gələcəklər.

Digər xəbərlər

Xəbər lenti

Sabaha gözlənilər hava şəraiti

ADU-da Çin Yeni ili qeyd olunub

Sabah güclü külək əsəcək

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi