Ru
Bakı
USD
EUR
GBP
RUB

AVRO-2020 Bakı Könüllülük Proqramında müsahibə mərhələsinə start veriləcək

news photo

25.09.2019 15:40 // Gənclər üçün

Sentyabrın 28-dən etibarən AVRO-2020 Bakı Könüllülük Proqramında müsahibə mərhələsinə start veriləcək.

Youthportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, artıq bu gündən başlayaraq könüllülərə dəvət göndərilir, könüllü namizədlər UEFA Fame sistemi vasitəsilə müsahibə vaxtlarını seçmək imkanına sahibdirlər.

AVRO-2020 Könüllülük Proqramında 2000 könüllü seçiləcək. İndiyədək qeydiyyatdan keçməyən könüllülər noyabrın 29-dək qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin müvafiq qərarına əsasən, AVRO-2020-nin 4 oyunu Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək. İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması BOS-da təşkil olunacaq.

Digər xəbərlər

Xəbər lenti

Auditorlar Palatası imtahan keçirəcək

Məktəbdən peşəyə (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi