Ru
Bakı
USD
EUR
GBP
RUB

“Avro 2020”nin talismanı martın 24-də təqdim olunacaq

news photo

13.03.2019 10:43 // İdman

2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının talismanı martın 24-də Amsterdamdakı “Yohan Kroyf Arena”da təqdim olunacaq.

Youthportal.az xəbər verir ki, talisman “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində Hollandiya-Almaniya oyunundan əvvəl təqdim ediləcək.

Avropa çempionatı 2020-ci il iyunun 12-dən iyulun 12-dək davam edəcək. Turnirin 60 illik yubileyi münasibətilə çempionata Avropanın 12 ölkəsi ev sahibliyi edəcək.

Qitə birinciliyinin qrup mərhələsinin üç, dörddəbir finalın isə bir qarşılaşması Bakıda oynanılacaq. İyunun 13-də, 17-də və 21-də A qrupunun üç oyunu, iyulun 4-də isə dörddəbir final mərhələsinin bir görüşü 68,7 min azarkeş tutumuna malik Bakı Olimpiya Stadionunda keçiriləcək.

AZƏRTAC

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Atəşkəs 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi