Ru
Bakı
USD
EUR
GBP
RUB

“Avro 2020”nin könüllüləri üçün Şamaxıda yay düşərgəsi təşkil olunacaq

news photo

10.09.2019 18:24 // Gənclər üçün

Sentyabrın 11-dən 13-dək Şamaxı şəhərində Avro-2020-nin Bakı könüllülük proqramı çərçivəsində yay düşərgəsi təşkil olunacaq.

Youthportal.az xəbər verir ki, 200 könüllünün qatılacağı düşərgədə təşkilatçılar tərəfindən xüsusi proqram hazırlanıb. Düşərgə zamanı təlimlərin, seminarların, qonaqlarla görüşlərin keçirilməsi, eləcə də idman və intellektual yarışların təşkili nəzərdə tutulur.

Düşərgə iştirakçıları xüsusi kriteriyalara əsasən seçiliblər. Burada məhz Avro-2020 könüllülük proqramı üçün qeydiyyatdan keçən, eyni zamanda, UEFA Avropa Liqasının Bakıda keçirilmiş final oyununda çalışmış və finalın müsahibə mərhələsində daha yüksək qiymətləndirmə alan könüllülər iştirak hüququ qazanıblar.

Düşərgənin təşkil olunmasında məqsəd könüllülər arasında əlaqənin möhkəmləndirilməsi, onların asudə vaxtlarının səmərəli təşkili, əldə olunan uğurlar və gələcək tədbirlərin əhəmiyyəti barəsində dialoqların aparılmasıdır.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

İlahiyyat İnstitutunda seminar(FOTO)

“Məktəb seminarları” davam edir

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi