Ru
Bakı
USD
EUR
GBP
RUB

“Avro 2020”nin himninin müəllifi məlum olub

news photo

22.10.2019 11:28 // İdman

UEFA niderlandlı musiqiçi Martin Qarriksi 2020-ci ildə futbol üzrə Avropanın çempionatının rəsmi himninin müəllifi seçib. M.Qarriks 2018-ci ilin Qış Olimpiya Oyunlarının bağlanış mərasiminin musiqisinin ifaçısı olub. Həmin il o, Formula 1 Yaponiya Qran-Prisində də çıxış edib.

Youthportal.az xəbər verir ki, 23 yaşlı musiqiçi “Twitter”dəki səhifəsində yazıb: “Mən 2020-ci ilin futbol üzrə Avropa çempionatının himnini yazmaq imkanı ilə fəxr edir, hamınızın onu eşidə biləcəyiniz anı səbirsizliklə gözləyirəm”.

“Avro 2020”nin rəsmi mahnısı və onu oxuyacaq müğənni yazda təqdim ediləcək. Mahnı yarışın açılış mərasimində - iyunun 12-də Romadakı “Olimpiko” stadionunda ifa olunacaq. Musiqi və futbol azarkeşləri noyabrın 30-da Buxarestdə keçiriləcək “Avro 2020”nin yekun püşkatmasında Martin Qarriks ilə görüşmək şansı əldə edəcəklər.

Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə qitənin 12 şəhərində - Londonda, Münxendə, Bakıda, Sankt-Peterburqda, Romada, Buxarestdə, Dublində, Kopenhagendə, Bilbaoda, Qlazqoda, Budapeştdə və Amsterdamda keçiriləcək.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda A qrupunun üç və dörddəbir final mərhələsinin bir görüşü oynanılacaq. Qrup matçları iyunun 13-də, 17-də və 21-də, dörddəbir final matçı isə iyulun 4-də keçiriləcək.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

İlahiyyat İnstitutunda seminar(FOTO)

“Məktəb seminarları” davam edir

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi