Ru
Bakı
USD
EUR
GBP
RUB

Avqustun 5-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyənləşib

news photo

20.09.2019 13:14 // İdman

Avqustun 5-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyən edilib.

Dövlət İmtahan Mərkəzindən Youthportal.az-a bildirilib ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 2 vakant vəzifə üzrə 2 yer müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 9 namizədlə 14 müsahibənin keçirilməsi planlaşdırılır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi üzrə vakant olan məhkəmə iclasının katibi vəzifəsi üzrə 6 namizəd, hakimin köməkçisi vəzifəsi üzrə 8 namizədin müraciəti qeydə alınıb.

Müsahibələrin oktyabrın 3-4-də keçirilməsi nəzərdə tutulur. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibənin vaxtı və yeri haqqında daha ətraflı məlumatı mərkəzin saytından əldə edə bilərlər.

Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən müsahibələrin təşkili və keçirilməsi üçün kifayət qədər vəsait və resurslar sərf olunur. Buna görə namizədlərin müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul olunmur, onların məsuliyyətsizliyi kimi xarakterizə edilir. Belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır. Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində öz adınızı seçib, açılan müraciət formasında "İMTİNA" düyməsini sıxmaq lazımdır.

Namizədlərdən müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi