Ru
Bakı
USD
EUR
GBP
RUB

“AVO MUN – 2018” layihəsi start götürür

news photo

30.04.2018 18:50 // Gənclər üçün

“ASAN Könüllüləri” Təşkilatının təşəbbüsü, “Gilan Holding”, “ADA” Universiteti və BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin dəstəyi ilə (UNDP Azerbaijan) gənclərin siyasi, sosial, hüquqi biliklərinin hərtərəfli inkişaf etdirilməsi məqsədilə “AVO MUN – 2018” layihəsi yenidən start götürüb.

Youthportal xəbər verir ki, BMT-nin İnkişaf Proqramının simulyasiyası əsasında baş tutacaq layihə ilk dəfə üç dildə (Azərbaycan, ingilis və rus dilləri) həyata keçiriləcək. Müsahibədən uğurla keçərək layihədə iştirak hüququ qazanmış şəxslər əvvəlcə təlimlərdə iştirak edəcək və mayın 17-19-da təşkil olunacaq simulyasiyalardan faydalanacaqlar.

Layihə çərçivəsində üç komitə “Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası”, “Beynəlxalq Ədalət Məhkəməsi” və “Müstəqil Dövlətlər Birliyi” fəaliyyət göstərəcək.

Layihədə iştirak etmək istəyən gənclər müraciət formasını dolduraraq (https://goo.gl/81f5gx) qeydiyyatdan keçə bilərlər.

Digər xəbərlər

Xəbər lenti

Bazar gününə olan hava proqnozu

Sabahın hava proqnozu açıqlanıb

Nazir vətəndaşlarla görüşdü (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi