Ru
Bakı
USD
EUR
GBP
RUB

AVCİYA bələdiyyə seçkiləri ilə bağlı Şamaxıda seminar keçirdi

news photo

09.12.2019 17:02 // Cəmiyyət

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı bələdiyyə seçkiləri ilə əlaqədar növbəti seminarı Şamaxıda keçirib.

AVCİYA-dan Youthportal.az-a bildiriblər ki, əvvəlcə müşahidəçilərə AVCİYA-nın hazırladığı “ Müşahidəçilər üçün Yaddaş Kitabçası” təqdim olunub.

Seminar seçki fəallığının artırılması və müşahidəçilərin maarifləndirilməsi məqsədilə keçirilib.

Tədbirdə AVCİYA Seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı məruzə ilə çıxış edərək seminar iştirakçılarına bələdiyyə seçkiləri ərəfəsi mövcud ictimai-siyasi vəziyyət, bələdiyyələrin cəmiyyətdəki hazırkı durumu, bələdiyyələrin qanunvericilik bazası, yerli özünüidarə sahəsində beynəlxalq təcrübə, Azərbaycanda bələdiyyə institutunun keçdiyi tarixi yol və digər məsələlər haqqında ətraflı məlumat verib.

Seminarda, həmçinin müşahidəçilərin hüquq və vəzifələri, seçki günü onların görəcəyi işlər barədə də tədbir iştirakçıları məlumatlandırıb.

Sonda seminar iştirakçılarının müxtəlif sualları cavablandırılıb, bələdiyyələrin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi