Ru
Bakı
USD
EUR
GBP
RUB

Avarçəkəmlərimizdən 7 qızıl, 2 gümüş və 3 bürünc medal (FOTO)

news photo

08.07.2019 13:52 // İdman

İtaliyanın Auronso di Kadoro şəhərində avarçəkmənin kayak və kanoe növləri üzrə “Beynəlxalq Kanoe İttifaqının” himayəsi altında “ICF SPRINT CANOE KAYAK INTERNATIONAL EVENT” yarışı keçirilib.  5-7 iyul tarixlərində U 16, yeniyetmələr və gənclər arasında gerçəkləşən yarışa 15 ölkədən 600 dən çox idmançı  qatılıb.   Azərbaycanı bu yarışda 200, 500 və 1000 m məsafələrdə 5 idmançı təmsil edib.  

Nəticələr: Hüseynov Vadim (1999)           -       kanoe;  1000 m  -  3-cü yer, 

Çinçaraşvili Malxaz (1997)      -        kanoe  1000 m – 1-ci yer, 500 m- 1- ci yer,  200 m - 3 –cü yer

İdmançıların ikilikdə çıxışlarının nəticəsi:         1000 m – 1-ci yer, 500 m – 1-ci yer, 200 m – 3-cü yer.

Yeniyetmələr: 

Çxutiaşvili Cumber (2002)      -       kayak;   200 m -  1-ci yer;

16 yaşa qədər Tofiq Bayramov (2004)  - kayak;  500 m  -  1-ci yer,  200 m -2-ci yer; Həmzəyeva Gülnarə (2006)   -   kanoe;  500 m -  1-ci yer. 200 m -  2-ci  yer; Qeyd edək  ki, Azərbaycanlı xanım yarışın ən gənc iştirakçısı idi və 2003, 2004-cü il rəqiblərinə qalib gəlib.  Ümumilikdə, beynəlxalq yarışda kanoe və kayakın 3 distansiyasında idmançılarımız vətənə  7 qızıl, 2 gümüş və 3 bürünc medal qazandırıblar. 

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Daxili İşlər Nazirliyi işçi axtarır

Atəşkəs 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi