Ru
Bakı
USD
EUR
GBP
RUB

“Australian Open-2019”un ilk yarımfinalçısı: yunan Stefanos Cıcıpas

news photo

22.01.2019 11:48 // İdman

“Australian Open-2019” tennis turnirinin ilk dörddəbir final oyunu keçirilib.

Youthportal.az xəbər verir ki, turnirin son qalibi Rojer Federeri səkkizdəbir finalda məğlub edən yunanıstanlı Stefanos Cıcıpas növbəti mərhələdə ispaniyalı Roberto Bautistu-Aqut ilə qarşılaşıb. Üç saatdan çox davam edən görüş Stefanos Cıcıpasın qələbəsi ilə başa çatıb (7:5, 4:6, 6:4, 7:6).

Stefanos Cıcıpas karyerası ərzində ilk dəfədir “Böyük dəbilqə” seriya turnirinin yarımfinal mərhələsinə vəsiqə qazanır. O, növbəti mərhələdə amerikalı Frensis Tiafo və ispaniyalı Rafayel Nadal arasındakı oyunun qalibi ilə qarşılaşacaq. Həmin qarşılaşma Bakı vaxtı ilə saat 13:40-da başlayacaq.

Qeyd edək ki, “Australian Open” “Böyük dəbilqə” seriyasının 2019-ci ildəki ilk turniridir. Turnirin ümumi mükafat fondu 44,5 milyon dollardır.

Digər xəbərlər

Xəbər lenti

İyulun 17-də Ay tutulması baş verəcək

Sabahın hava proqnozu açıqlanıb

“Yay məktəbi” davam edir (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi