Ru
Bakı
USD
EUR
GBP
RUB

ATMU-nun əməkdaşları beynəlxalq təlimdə sertifikata layiq görülüblər

news photo

19.02.2019 13:25 // Təhsil

Bakı Biznes Universitetinin koordinatoru və Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) tərəfdaş olduğu “EQAC – “Erasmus+” layihəsi üzrə növbəti təlim Londonda Middlesex Universitetində keçirilib.

ATMU-dan Youthportal.az-a bildirilib ki, beynəlxalq tədbirdə bu ali məktəbi layihə meneceri, dosent Flora Ələsgərova, rektor müşaviri Elvin Yusifli, akkreditasiya və keyfiyyət təminatı şöbəsinin bölmə rəhbəri Simnar Məmmədov və layihə mütəxəssisi Samir Məhərrəmov təmsil ediblər.

Təlimdə Middlesex Universitetinin proqramlar üzrə direktoru Georq Dafoulas ali məktəbdəki yeniliklərdən, həmçinin layihənin icrasını şərtləndirən məqsəd və vəzifələrdən ətraflı bəhs edib. O, Azərbaycan universitetlərində keyfiyyətə nəzarət mərkəzlərinin yaradılmasını, fəaliyyət mexanizminin Avropa təhsil standartlarına uyğun formalaşdırılmasını başlıca hədəflərdən biri kimi dəyərləndirib. Middlesex Universitetinin keyfiyyətə nəzarət bölməsində yaradılan idarəetmə sistemi təlim iştirakçıları tərəfindən maraqla qarşılanıb və praktik tapşırıqlar çərçivəsində geniş müzakirəyə səbəb olub.

ATMU-nun layihə meneceri Flora Ələsgərova bildirib ki, Avropa ölkələrinin çoxsaylı tərəfdaş universitet nümayəndələrinin azərbaycanlı təlim iştirakçıları ilə apardıqları fikir mübadiləsi konkret vəzifələrin icrasına təkan verəcək.

Beynəlxalq təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Digər xəbərlər

Xəbər lenti

Bakıda ilk dəfə “Port Festival” keçirilir

“Almaz” nümayiş ediləcək (FOTO)

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi