Ru
Bakı
USD
EUR
GBP
RUB

Atletimiz beynəlxalq turnirdə gümüş medal qazanıb

news photo

04.11.2019 11:33 // İdman

Belarusun Qrodno şəhərində ikiqat Olimpiya çempionu Aleksandr Kurloviçin xatirəsinə həsr olunmuş ağır atletika üzrə nüfuzlu beynəlxalq “Alexander Cup” turniri keçirilir.

Azərbaycan Ağır Atletika Federasiyasından Youthportal.az-a bildirilib ki, Tokio Olimpiya Oyunlarına gümüş səviyyəli lisenziya xarakterli olan bu yarışda 18 ölkədən 80 atlet medallar uğrunda mübarizəyə qoşulub. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də var.

Bu gün atletimiz Nailxan Nəbiyev 96 kq çəki dərəcəsində qüvvəsini sınayıb. O, toplam 326 kq (145+181) nəticə ilə gümüş medala sahib çıxıb.

Digər xəbərlər

Xəbər lenti

Auditorlar Palatası imtahan keçirəcək

Məktəbdən peşəyə (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi