Ru
Bakı
USD
EUR
GBP
RUB

"Atletiko" artıq "Land of Fire Azerbaijan" formasını geyinməyəcək

news photo

24.06.2015 16:45 // İdman

"Atletiko" (Madrid) klubunun baş sponsoru dəyişib.

Youthportal.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın növbəti iki mövsüm üçün forma sponsoru "Plus500" şirkəti olacaq.

Dieqo Simeonenin komandası 2015/2016 mövsümündən oyunlara üzərində "Plus500" yazılı formalarla çıxacaq. Yeni formaların ictimaiyyət üçün rəsmi təqdimat mərasimi bu gün keçiriləcək. Klubun saytı isə artıq "Plus500" şirkətinin adı olan formanın şəkilini paylaşıb.

Qeyd edək ki, "Atletiko" 2013-cü ilin əvvəlindən 2015-ci ilin iyunun 1-nə qədər oyunlara üzərində "Land of Fire Azerbaijan" (Odlar Yurdu Azərbaycan), qısa bir dövrdə isə “Baku-2015” yazılı formalarla çıxıb. Həmin layihənin müəllifi, "Baghlan Group"un və “Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədov olub. Lakin H.Məmmədov ciddi maliyyə problemləriylə üzləşdiyi üçün "Atletiko" ilə uğurlu əməkdaşlığı dayandırmaq məcburiyyətində qalıb.

Digər xəbərlər

Xəbər lenti

“Naməlum Axundzadə” nümayiş olunacaq

Gələn ay üçün qeyri-iş günləri

Sabah külək əsəcək

“UNEC-100” - Strateji idarəetmə

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi