Ru
Bakı
USD
EUR
GBP
RUB

ATGTİ-nin təşkilatçılığı ilə "Azərbaycan Gəncliyi və Heydər Əliyev" adlı silsilə tədbirlər keçirilib (FOTO)

news photo

03.05.2018 16:37 // Gənclər üçün

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş "Azərbaycan Gəncliyi və Heydər Əliyev" adlı silsilə tədbirlər baş tutub.

ATGTİ- dən Youthportal- a bildiriblər ki, tədbirlər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin (ARGİN) dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) dəstəyi ilə Azərbaycan Tibb Universiteti (ATU) və Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) keçirilib.

Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən tədbirdə Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov, ATGTİ-nin sədr müşaviri Hüseyn Babayev və universitetin Tələbə Gənclər Təşkilatının sədri Rəsul Həşimov çıxış ediblər.

Tədbirdə ümummilli liderin ölkəmizin inkişafında və xalqımızın mənəvi təkamülündə həyata keçirdiyi hər bir tədbirin böyük bir tarix olduğundan, gördüyü işlərdən, əvəzsiz xidmətlərindən söhbət açılıb.

Azərbaycan Tibb Universitetində keçirilən tədbiri isə universitetin prorektoru professor Sabir Əliyev, ATGTİ-nin sədr müşaviri Hüseyn Babayev, universitetin Tələbə Gənclər Təşkilatının sədri Tural Əzizov və universitetin fəal tələbəsi Rauf Vəliyev ulu öndər Heydər Əliyevin bütün sahələrə göstərdiyi kimi səhiyyəyə də göstərdiyi diqqət və qayğıdan danışıblar.

Çıxış edənlər ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin ölkə rəhbəri, cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etməsindən bəhs ediblər.

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş "Azərbaycan Gəncliyi və Heydər Əliyev" adlı silsilə tədbirlər başqa universitetlərdə də keçiriləcək.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi