Ru
Bakı
USD
EUR
GBP
RUB

Atəşkəs növbəti dəfə iriçaplı pulemyotlarla pozulub

news photo

15.06.2019 09:47 // Qarabağ

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Youthportal.az-a verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Nerkin Karmirağbur kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Yarımca, Ağdam rayonunun Şuraabad, Baş Qərvənd, Kəngərli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi