Ru
Bakı
USD
EUR
GBP
RUB

Astarada uşaq və yeniyetmələrin məişət zorakılığından qorunması mövzusunda təlim keçirilib (FOTO)

news photo

30.10.2019 16:13 // Gənclər üçün

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Qayğı” Uşaq Hüquqlarının Müdafiəsinə Yardım ictimai birliyi tərəfindən “Uşaq və yeniyetmələrin məişət zorakılığından qorunmasına dair tədbirlərin təşkili” layihəsi çərçivəsində Astara Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Astara rayonunda təlim təşkil edilib. Təlim sessiyasında Astara Pedoqoji Kollecinin tələbə və müəllim heyyəti və rayonun digər fəal gənclərindən ibarət 25 nəfər iştirak edib.

İctimai Birlikdən Youthportal.az-a bildirilib ki, tədbirə iştirak edən Astara Rayon Polis Şöbəsinin əməkdaşı Amal Rzayev məişət zorakılığı haqqında ümumi fikirlər bildirib və məişət zorakılığına məruz qalan şəxslər, bu istiqamətdə müraciətlərin statistikası və digər məlumatları diqqətə çatdırıb. O, uşaq və yeniyetmələrə qarşı təcrübədə rast gəlinən bir sıra məişət zorakılığı faktlarını qeyd edib və bu problemin qarşısının alınması istiqamətində gəncləri fəal olmağa səsləyib.

Layihə üzrə ekspert Afiq Məlikov layihə haqqında məlumat verdikdən sonra təlimin proqramına uyğun olaraq Ailədaxili zorakılıq və ya məişət zorakılığı, Məişət zorakılığının qurbanı sayılan şəxslər, Uşaqlar məişət zorakılığının qurbanı kimi, Ailədaxili zorakılığla əlaqədar BMT-nin və Avropa Şurasının statistik məlumatları, Uşağa qarşı emosional zorakılığın tətbiq edilməsini ehtimal etməyə əsas verən sosial faktorlar, Respublikada baş verən zorakılıqla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin statistikası və onun təhlili, Məişət zorakılığının qarşısının alınması sahəsində tədbirlər, Ailə-məişət münaqişələri zəminində baş verən cinayət hadisələri və milli qanunvericilik barədə və digər məlumatları iştirakçıların diqqətinə çatdırıb, qrup işləri işlənib. Təlim iştirakçıların fəallığı şəraitində həyata keçib.

Təlimdə mövzuya uyğun bir sıra video çarxlar nümayiş etdirilib.

Layihənin həyata keçirilməsində məqsəd uşaqları zorakılığın bütün formalarından qorumaq, uşaqlara qarşı törədilən zorakılıq, əsasən də ailələrdə baş verən zorakılıq hallarının qarşısının alınması istiqamətində tədbirlərin həyata keçirilməsindən ibarətdir.

news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Auditorlar Palatası imtahan keçirəcək

Məktəbdən peşəyə (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi