Ru
Bakı
USD
EUR
GBP
RUB

Astarada nümunəvi idman çıxışları və kütləvi kross qaçışı keçirilib (FOTO)

news photo

17.10.2019 19:03 // Cəmiyyət

16 oktyabr 2019-cu il tarixdə Astara Dənizkənarı Park Bulvar Kompleksində Astara rayon Gənclər və İdman İdarəsi tərəfindən Rayon İcra Hakimiyyəti, Rayon Təhsil Şöbəsi, Astara Pedaqoji Kolleci, Rayon Mədəniyyət Mərkəzi ilə birgə 18 oktyabr Azərbaycan Dövlət Müstəqillik Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” şüarı altında kütləvi yürüş, fleşmob, idmançıların nümunəvi çıxışları və kütləvi kross qaçışı keçirilmişdir.

Youthportal.az xəbər verir ki, yürüş 28 may , Cəfər Cabbarlı və Şahin Əliyev küçələrindən başlayaraq Astara Dənizkənarı Park Bulvar Kompleksində yerləşən Bayraq Meydanına doğru istiqamət götürülüb. Yürüşdə iştirak edən gənclər, könüllülər, tələbələr, idmançılar əllərində “Müstəqilliyimiz əbədidir”, “Mən Azadam”, “Müstəqillik”, “Yaşasın Azərbaycan”, “İlhamla irəli” və.s şüarlardan ibarət plakatlar, o cümlədən Dövlət Bayraqları ilə Bayraq Meydanına daxil olublar. İştirakçılar tərəfindən Dövlət Himni canlı ifa edilmiş  və Azərbaycan Respublikasının 18x9 m uzunluğundakı üç rəngli Dövlət Bayrağı dalğalandırılmış, sülh rəmzi olan göyərçinlər və Bayrağımızın rənglərinə boyanmış şarlar səmaya buraxılaraq fləşmob keçirilmişdir.

Sonra sərbəst güləş və boks idman növləri üzrə nümunəvi idman çıxışları nümayiş edilmişdir.

Daha sonra tədbir iştirakçılarından 550 nəfərdən çox gənc, tələbə və idmançı arasında kütləvi kross qaçışı keçirilmişdir.

Tədbirdə Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Astara rayon Təşkilatı, Astara Pedaqoji Kollecinin Tələbə Gənclər Təşkilatı, İdman Təşkilatları, İnzibati Ərazi Dairərinin gəncləri, könüllülər və aidiyyatı təşkilatlarının əməşdaşlarından ibarət olmaqla ümumilikdə 1500 nəfərdən çox iştirakçı olmuşdur.

news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi