Ru
Bakı
USD
EUR
GBP
RUB

Astarada “Mən ilk dəfə səs verirəm” mövzusunda gənclərlə görüş keçirildi

news photo

06.04.2018 15:40 // Siyasət

05 aprel 2018-ci il tarixdə Astara Gənclər Evi Bayraq Meydanında Astara rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə İdarənin 2018-ci il I yarımillik tədbirlər planının icrası, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 5.7.3 yarımbəndinin (Gənclər arasında seçki prosesinin və seçkilərdə iştirakın təbliği, ilk dəfə səs verən gənc seçicilər arasında maarifləndirmə işinin təşkili) icrasını təmin etmək məqsədi ilə gənclər , xüsusi ilə ilk dəfə səsverən gənclər arasında maarifləndirmə işinin aparılması, həmçinin gənclərin seçkilərdə fəallığının təmin edilməsi üçün Azərbaycanda növbədənkənar Prezident seçkilərində ilk dəfə səs verəcək gənclərlə “Mən ilk dəfə səs verirəm” mövsuzunda görüş keçirilmişdir.

Youthportal xəbər verir ki, tədbirdə çıxış edən Rayon Gənclər və İdman idarəsinin rəisi Ərçə Əliyev, idarənin baş məsləhətçisi Elnur Qurbanlı və 77 saylı Astara seçki dairəsinin katibi Gülhəsən Mirzəyev “Konstitusiyada seçki hüququnun əsasları”, “Seçki məcəlləsində əsas terminlər”, “Seçki hüququ və onun əsas növləri”, “Seçki sistemi”, “Seçki hüququnun əsas prinsipləri”, “Seçki prosesi və onun mərhələləri” mövzularında gənclərə ətraflı məlumatlar verilmiş, iştirakçılara Gənclər və İdman İdarəsi tərəfindən hazırlanan maarifləndirici bukletlər paylanılmışdır.

Tədbirdə 120 nəfər gənc iştirak etmişdir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, xatirə şəkli çəkilmişdir.

Digər xəbərlər

Xəbər lenti

İlahiyyat İnstitutunda seminar(FOTO)

“Məktəb seminarları” davam edir

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi